Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır
Ali məktəblərə 80 minə yaxın abituriyent ərizə verib
28 Aprel 2016 11:28 SosialBu gün 2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatır. APA-nın xəbərinə görə, elektron ərizə qəbulu aprelin 28-də saat 23:59-dək davam edəcək. Bu gün saat 11:00-dək ali məktəblərə 79201 nəfər ərizə verib. Onlardan 72192 nəfəri Azərbaycan, 7009 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 31586-sı I, 22310-u II, 19768-i III, 5537-i isə IV ixtisas qrupu seçib. Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00