ADNSU –da əmək haqqları artırıldı
27 Aprel 2016 18:10 SosialADNSU rektoru, professor Mustafa Babanlının əmrinə əsasən işçilərin əmək haqqları artırılıb. Əmək haqqlarının artırılması Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" (244 saylı, 22.10.2012-ci il tarixli) qərarına əsasən daxili resurslar hesabına həyata keçirilib. Əmək haqqlarının artımı bu gün ADNSU -da aparılan islahatlar, işçilərə göstərilən qayğı və diqqətin davamı kimi ifadə olunur və dəstəklənir.
Qeyd edək ki, budəfəki artım texniki işçilərin, tədris köməkçi heyətin, təsərrüfat və elmi işçilərin əmək haqqlarında müşahidə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00