Türk qəhvəsi ilə qüsursuz dəri
27 Aprel 2016 19:37 SosialBütün bədəninizin qüsursuz olmasını istəyirsinizsə, çoxlu kimyəvi kosmetik vasitələrdən istifadə etmənizə ehtiyac yoxdur. Bunun üçün Aile.lent.az-ın bu məsləhətinə əməl etsəniz, yetərlidir. İlk olaraq bədəninizi davamlı olaraq kisələyin. 1 kasa türk qəhvəsi ilə 2 xörək qaşığı şəkər tozunu islanana qədər çiçək yağı ilə qarışdırın. Həftədə ən az bir dəfə hamamdan əvvəl bədəninizi bununla ovun. Çimdikdən sonra isə həmişə istifadə etdiyiniz bədən kreminə bir az limon əlavə edib dərinizə sürtün.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00