8 rayonda sürücülük vəsiqəsi veriləcək

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir və dəyişdirir. KTN-dan "Olaylar"a verilən məlumata görə, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində 2015-ci ildə avtomatlaşdırılmış informasiya sistemi yaradılmış, bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, texniki baxışın aparılması, ipoteka yüklülüyü, sürücülük vəsiqəsinin verilməsi (dəyişdirilməsi) və sair əməliyyatlar elektron qaydada təşkil edilmişdir. Avtomatlaşdırılmış informasiya sistemi digər lazımı dövlət orqnalarının elektron sisteminə inteqrasiyası nəzərdə tutulmuşdur. Müfəttişlikdə texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması məqsədilə sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə (elektron) qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbul olunması təmin edilmişdir. Bu sahədə bölgələrdə səkkiz (Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ, Quba) infrastruktur yaradılmışdır. Bu infrastrukturlara, həmçinin yerlərdə traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi tapşırılmışdır. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində səyyar xidmət qrupu yaradılmışdır. Bu xidmət qrupu bölgələrdə növbə ilə mexanizatorlara yerindəcə qısa müddətdə sürücülük vəsiqələrini dəyişdirilməsini müntəzəm olaraq həyata keçirəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00