İmtahan qaydalarını pozduğuna görə 10 abituriyentin nəticələri ləğv edilib
27 Aprel 2016 15:02 SosialAprelin 24-də keçirilən sınaq imtahanında qaydalara zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48382 abituriyentdən 3259 nəfəri imtahana gəlməyib.
Qeyd edək ki, aprelin 24-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 11:00-dan etibarən elan edib. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00