Lənkəranda “Narkotiklərə-Yox deyək” adlı tədbir keçirilib

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin təşəbbüsü ilə və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Lənkəran Şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 26 aprel tarixində Lənkəran şəhərində narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığın aşkarlanması məqsədi ilə "Narkotiklərə-Yox deyək" adlı kütləvi ictimayi kompaniyanın davamı olaraq tədbir keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilib. O cümlədən, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, "Narkotiklər haqqında həqiqəti bilin" adlı yaddaş kitabçası və digər maarifləndirici bukletlər, xəbərdarlıq vərəqələri iştirakçılara paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00