Üzgüçülük üzrə Bakı şəhər birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, birincilikdə klub və cəmiyyətləri təmsil edən 336 idmançı iştirak edib. Nəticələrə görə I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00