Nazir səhra qospitalında olub
27 Aprel 2016 14:00 SosialMüdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüblər. "OLAYLAR"-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib. Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub. Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00






