Ayın sonunadək hava şəraiti qeyri-sabit keçəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Departamentdən  bildirilib ki, aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00