İKGF-nin BMT SA 7-ci Qlobal Forumunda sərgisi baş tutdu
27 Aprel 2016 11:56 SosialDialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (İKGF) "OLAYLAR"-a verilən xəbərə görə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində İKGF-nin təşkilatçılığı ilə "Photo4Tolerance" beynəlxalq layihəsinin təqdimat sərgisi keçirilib. 2014-cü ildən etibarən İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalararası Alyansının imzaladığı "Fəaliyyət Planı"na uyğun birgə əməkdaşlıq ilə keçirilən "Photo4Tolerance" layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənc fotoqraflar müsabiqəyə dünyа dinlərin humanist ideyalarını özündə əks etdirən 1000-ə yaxın fotorəsm göndəriblər. Bu rəsmlərin ən yaxşıları ötən illərdə bir neçə dəfə keçirilmiş "Photo4Tolerance" və "Photo4Tolerance+" (plyus) sərgiləri çərçivəsində mükafatlandırılıb, müsabiqə davamlı xarakter alıb.
Qeyd edək ki, "Photo4Tolerance" layihəsi İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalar Alyansının imzaladığı "Fəaliyyət Planı"nına daxil üç beynəlxalq layihənin biridir.