Los Ancelesdə Azərbaycana dair 5 sənədli film ekranlaşdırılıb
27 Aprel 2016 11:53 SosialAR Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb. Filmlər artıq ABŞ televiziya kanallarında amerikalı tamaşaçıların ixtiyarına verilib.
Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.
Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınmaqdadır.
Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.
Filmlərin qısa video-çarxlarına bu linklər vasitəsilə baxmaq olar:
Bütün filmlərin vahid video-çarxı - https://youtu.be/lQO6PYFmHIM
Azerbaijan: Land of Hope & Inspiration - https://youtu.be/PlZgnz5rjS8
Baku: Jewel of the Caspian - https://youtu.be/oI1DzvFdUYk
Christian & Muslim Villages of Azerbaijan - https://youtu.be/6NL5TX2MOrE
Jews of Azerbaijan: A Model for Muslim-Jewish Coexistence - https://youtu.be/YZHVCXjUB-s
Cultural & Natural History of Azerbaijan - https://youtu.be/PpEFvJzsMoE