İnternetdə də müəllif hüquqları qanunla qorunacaq

Azərbaycanda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna dəyişikliklər ediləcək. Bu barədə Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib. Onun sözlərinə görə, qanuna edilməsi planlaşdırılan dəyişikliklər internetdə müəllif hüquqlarının idarə edilməsi ilə bağlı olacaq. O, qeyd edib ki, qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər internet provayderlərə aid olacaq. K.İmanovun dediyinə görə, söhbət onların virtual mühitdə müəllif hüquqlarının qorunması sahəsində məsuliyyət dərəcələrindən gedir: "Bu məsələnin müəyyən aspektləri hazırda "Elektron ticarət haqqında" qanunda əksini tapıb. Lakin müvafiq aspektlərin "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunda da öz əksini tapması da vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00