Bakıda avtomobil piyadanı vuraraq öldürüb
29 Mart 2016 12:55 SosialBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 28-də saat 22 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Bakı şəhər sakini Rasim Əlipaşayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Kamran Səlimovu vurub. K. Səlimov hadisə yerində ölüb. Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00