Təndir ətri

"Təndir ətri - Kulinariya yarışması" layihəsi çərçivəsində Ucar rayonunda həyata keçirilən tədbirlər başa çatmışdır. Layihə C kateqoriyası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın maddi mədəniyyətinin tərkib hissəsi olan milli mətbəximizin ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsinə yardım etmək, gənc qızlarımızı öz mətbəxinin xanımı, sahibi kimi yetişdirməkdir, onları vətənə, dövlətə, millətə, maddi mədəniyyətimizin bir qolu olan milli mətbəximizə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdir. Mətbəx maddi mədəniyyət abidəsidir. Mənfur qonşularımız torpaqlarımızın işğalı ilə yanaşı, indi də süfrəmizin müxtəlif növ çörəklərini özününküləşdirməyə, mətbəximizin gözəl nümunələrini "erməni mətbəxi" kimi qələmə verməyə çalışırlar. Buna görə də, gənc qızlarımız öz adət - ənənələrimizi dərindən bilməli, mətbəximizin sirlərini öyrənməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00