Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafikindən narazılıq var

Dövlət Başçımızın göstərişləri əsasında müasir dövrün tələblərinə cavab verən Bakı-Sumqayıt elektrik qatarları artıq xeyli müddətdir ki, xalqın istifadəsinə verilib. Lakin qatarların hərəkət qrafikindən sərnişinlər heç də razı deyil. Sumqayıt şəhər sakinləri adından "OLAYLAR"-a müraciət edən Arzu Miriyeva deyir ki, qatarların hərəkəti çox səmərəsiz təşkil edilib: "Belə ki, səhər saat 9-30-dan sonra Bakıya və əks tərəfə qatarla yola düşmək üçün insanlar 7 saat gözləməli idi. Bakıda ali məktəbin 1-ci növbəsində təhsil alan tələbələr Sumqayıta qatarla gələ bilmirdi. Dəfələrlə Dövlət Dəmir Yolu İdarəsi, Nəqliyyat Nazirliyinə müraciət etsək də heç bir tədbir görülmədi. 26.01.2016-cı il tarixində KİV vasitəsilə dövlət başçısına etdiyimiz müraciət öz bəhrəsini verdi. 14:30-dan etibarən Bakıdan-Sumqayıta hərəkət edən qatar qrafikə salındı". Şikayət müəllifi qeyd edir ki, sərnişinlərin sevinci uzun çəkməyib. Belə ki, 25.03.2016-cı il tarixdən etibarən Dövlət Dəmir Yolu İdarəsi texniki səbəbləri bəhanə edib. 14:30 da Bakıdan Sumqayıta yola düşən qatarların vaxtını 16:00 a dəyişəcəyi haqda məlumat yayıb. Bakı şəhərində 1-ci növbədə təhsil alan tələbələrin dərs saatları 14:00 da bitir. Sumqayıtın təxminən 3-də birinə bu vaxt sərf edirdi. Yeni qrafik tərtib olunsa tələbə qatarla Sumqayıta gəlmək üçün stansiyada 1 saat gözləməmək üçün məcbur olub yenə metrodan və avtomobil nəqliyyatından istifadə etməlidir". Arzu Miriyeva deyir ki, uzun müddət qatarlar istifadəyə verilsə də, nə Biləcəri, nə də Xırdalan sakinləri bu qatarlardan istifadə edə bilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00