Moskvada əqli mülkiyyətlə bağlı beynəlxalq forum keçiriləcək

18 may 2016-cı il tarixində Moskva şəhərində "Əqli mülkiyyət bazarı vasitəsilə innovativ inkişaf" adlı 8-ci Beynəlxalq Forum keçiriləcək. Formda Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təmsil edəcək. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, artıq bu barədə Təşkilat Komitəsindən rəsmi dəvət məktubu daxil olub. Məktubda Forumun gündəliyi və müzakirə ediləcək məsələlərin siyahısı əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00