Yasamalda qaçırılan maşın Xırdalanda saxlandı
28 Mart 2016 15:44 SosialMartın 27-nə keçən gecə Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Tural Abbasova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Abşeron rayonunun Xırdalan şəhəri ərazisində hərəkətdə olması müəyyən edilib və Abşeron RPİ-nin əməkdaşları tərəfindən avtomobil saxlanılıb. Avtomobili idarə edən paytaxt sakini Cavidan Əhmədli və sərnişini Xırdalan şəhər sakini Cavid Novruzovla birgə Yasamal RPİ-nin əməkdaşlarına təhvil verilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00