“Neft Daşları” yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 2150 saylı meydançadan 2161 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın xəbərinə görə, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1860 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00