Xilasedicilər sürücünü xilas ediblər
28 Mart 2016 15:33 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu ərazisində "Kamaz" markalı yük avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00