Mikayıl Cabbarov Bərdədə vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov aprelin 4-də Bərdə rayonunda vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında baş tutacaq qəbuldaAğdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinləri iştirak edəcək. Qəbulda sözügedən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 28, 29, 30, 31 mart və 1 aprel 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00