ARDNF 3 banka 500 min dollar satıb
28 Mart 2016 14:23 SosialBu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, ARDNF tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 0,5 mln. ABŞ dolları məbləğində vəsait 3 banka satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00