UNEC dünyanın tanınmış iqtisadçılarını bir platformada toplayacaq
28 Mart 2016 13:29 SosialUNEC yeni layihəyə - iqtisadçı alimlərin və praktiklərin "diskurs.az" virtual iqtisadi forumu layihəsinə start verib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır. Diskurs.az maraq kəsb edən məsələlərə dair materialları həm yerləşdirməyə, həm də onları qiymətləndirməyə və şərhlər əlavə etməyə, habelə sosial şəbəkələrdə paylaşmağa imkan verir. Virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid müvafiq ekspertlərin rəy və təklifləri yerləşdiriləcək. Eyni zamanda istifadəçilərə öz maraq dairələrinə uyğun əlavə rubrikalar yaratmaq imkanı da veriləcək.