Atatürk Liseyində birinci siniflərə qəbul başladı
28 Mart 2016 13:28 SosialTürk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi 2016-2017-ci tədris ili üçün birinci sinifə şagird qəbulu elan edir. Liseydən "OLAYLAR"-a daxil olan məlumata görə, sənədlər aprelin 4-dən may ayının 20-dək qəbul olunacaq. Mayın 29-da isə liseydə zəka testi-imtahanı keçiriləcək və yüksək bal toplayanlar liseydə oxumaq hüququ qazanacaqlar.
Qeyd edək ki, Bakı Atatürk Liseyində dərslər Azərbaycan və Türk dilində keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00