Nazirlik binasında yanğın - Gürcüstanda

Gürcüstan İqtisadiyyat Nazirliyində təxminən 500 kvadrat metr sahəni əhatə edən yanğın olub. Report bildirir ki, ölkənin Fövqəladə Hallar Xidmətindən məlumat verilib. Xidmətin əməkdaşının verdiyi məlumata görə, təxminən 500 kv. m sahə yansa da, yanğının qarşısı alınıb. Gürcüstan KİV-nin məlumatına görə, yanğın nəticəsində xadimə xəsarət alıb. Nazirlik əməkdaşlarını hələ də binaya buraxmırlar. Yanğına səbəb kimi elektrik xətlərindəki nasazlıq göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00