21 ölü, 96 yaralı
Bayram günlərinin qəza statistikası
28 Mart 2016 12:49 SosialBayram günləri Azərbaycan ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb. "Olaylar" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, martın 19-dan 28-dək ölkənin avtomobil yollarında 69 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində 21 nəfər ölüb, 96 nəfər xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00