Mədəniyyət və turizm naziri Salyanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri tərəfindən martın 30-da Salyan şəhərində qəbul keçiriləcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00