ETSN: Badamdar və Bayıl sürüşmə sahələrindəki mayaklarda dəyişiklik yoxdur

"Ekspedisiyanın əməkdaşları Badamdar və Bayıl sürüşmə sahələrinə baş çəkiblər. Həmin ərazilərdəki sürüşmə sahələrində quraşdırılmış mayaklarda hər hansı bir yeni çat qeydə alınmayıb". Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O qeyd edib ki, paytaxtın Səbail və Yasamal rayonlarında müşahidə nöqtələri var: "Bu gün səhər olan məlumata görə, həmin müşahidə nöqtələrində heç bir dəyişiklik yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00