Bakıya olan bir neçə aviareys təxirə salındı
28 Mart 2016 11:33 SosialBu gün Qazaxıstanın Almatı və Rusiyanın Krasnoyarsk şəhərlərindən Bakıya olan aviareyslər təxirə salınıb. APA bildirir ki, "Air Astana" aviaşirkəti Almatı-Bakı reysini 11:50-də, "Taymır" isə Krasnoyarsk-Bakı reysini 21:25 həyata keçirilməli idi. Xatırladaq ki, dünən saat 23:50-də həyata keçirilməli olan Bakı-Aktau aviareysi də təxirə salınıb. Reyslərin hansı səbəblərdən təxirə salınması bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00