Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yeni direktor təyin olunub

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru vəzifəsinə təyinat olub. APA-nın xəbərinə görə, direktor vəzifəsinə Ədalət Həsənov təyinat alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev ötən həftə vəzifəsindən azad olunub. Ə. Həsənov Ş. Musayevin müavini olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00