Maliyyə Nazirliyi dövlət istiqrazları üzrə hərrac keçirib
15 Mart 2016 17:01 Sosial"Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 35,8 mln. manat təşkil edib. Dövlət istiqrazları 15,22% gəlirliliklə təmin edilib.
Qeyd edək ki, istiqrazların ödəmə müddəti 13 sentyabr 2016-cı il tarixidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00