Ermənilər Azərbaycana qarşı növbəti kampaniyaya start verib
15 Mart 2016 16:32 Sosial"Ermənilər Azərbaycana qarşı növbəti kampaniyaya start verib. Əslində ötən ilin ortalarından başlanılıb. Sadəcə son günlər bu daha da sürəklidir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, məqsəd dünyaya sübut etməkdir ki, azərbaycanlılar vəhşidir: "Və guya azərbaycanlılar nəinki özgə mədəniyyətinə, hətta öz tarixlərinə və mədəniyyətlərinə düşməndirlər. "Bakı dağıdılır" kampaniyası indi bizim pressaya, sosial şəbəkələrə ötürülüb. Bir neçə gündür ki, bizimkilərin bir qismi bilərəkdən, bir qismi də bilməyərəkdən Bakıda tarixi abidələrin dağıdılması ilə bağlı həyacan təbili çalırlar. Sovetskidə zibilliklərin sökülməsini tarixi abidələrin dağıdılması kimi qələmə verib şivən salıblar. Bu prosesə məqsədli qoşulan "öz ermənilərimizlə" işim yoxdur. Bu kampaniyaya səhv məlumatların təsiri altında qoşulan vicdanlı insanları ehtiyatlı olmağa çağırıram. Erməni KİV-lərini araşdırın. Xəttin hardan gəldiyini görəcəksiz. PİN təşkilatı da kampaniyaya maliyyə dəstəyi göstərir. Hər halda bu təşkilatın patronajı altında olanların canfəşənlığı bunu aşkar göstərir".