Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib
15 Mart 2016 16:30 SosialMartın 15-də Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə təbii qazın verilişi bərpa edilib. "OLAYLAR"-ın xəbərinə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 316 abonenti olan kəndin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 17032 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00