Keçmiş məhkumlar iş başında yaxalandılar

Martın 14-də saat 05 radələrində Nəsimi rayonu ərazisində - Moskva prospektində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus "VAZ-2107" markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi RPİ PPX-nin əməkdaşları tərəfindən yaxalanıblar. DİN-dən verilən məlumata görə, bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib. Faktla bağlı araşdərma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00