Deputat nazirliklərin sayının azaldılmasını təklif edib

Azərbaycanda mövcud nazirliklərin sayının azaldılması təklif edilir. "Olaylar" vəbər verir ki, bu təkliflə deputat Əli Məsimli hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib: "Azərbaycanda nazirliklərin sayı çoxdur. Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər". Həmçinin, Ə.Məsimli çıxışı zamanı indiki zamanda regionların potensialından istifadənin vacibliyinə də diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00