Heydər Əliyev Mərkəzində daha bir möhtəşəm konsert proqramı
15 Mart 2016 15:40 SosialMayın 3-də Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestrinin konserti keçiriləcək. "OLAYLAR"-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq Amadey Motsart, Pablo de Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunacaq. Konsertdə bir sıra ölkələrdə dinləyicilərin qəlbini fəth etmiş virtuoz skripkaçı Yojef Lendvay solist olaraq çıxış edəcək.
Qeyd edək ki, Yojef Lendvay müasir dövrün görkəmli skripka ustalarından biridir. O, 1974-cü ildə Budapeştdə anadan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00