“Hünər” X Vətənpərvərlik mahnıları festivalının finalı keçiriləcək
15 Mart 2016 15:16 SosialMartın 16-da "Hünər" X Vətənpərvərlik mahnıları festivalının finalı keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə dövlət qurumları, millət vəkilləri, qeyri-hökumət təşkilatları nümayəndələri, gənclər təşkilatları, tələbə gənclər təşkilatlarının rəhbərləri, tələbələr, Dövlət Sərhəd Xidmətinin əsgər və zabit heyəti və fəal gənclərin iştirakı nəzərdə tutulub. Yalnız tələbələrin iştirak etdiyi festival nazirliyin 2016-cı ilin I yarımilliyi üçün iş planının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00