Cennifer Lopes Pitbulla oxudu
15 Mart 2016 19:24 SosialMəşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes ABŞ-ın Las-Veqas şəhərindəki "Planet Hollywood" kazino kompleksində konsert verib. Milli.Az TMZ-yə istinadən bildirir ki, 46 yaşlı "Cey Lo" mahnılarının bir neçəsini populyar müğənni Pitbullla ifa edib. Cennifer Lopesin Pitbulla tərəfdaşlığı 2011-ci ildə, "On The Floor" mahnısı ilə başlanmışdı. "Cey Lo" İnstagram-dakı profilində bildirib ki, konsert turnesi mayın 22-dək davam edəcək. "American İdol" müsabiqəsinin münsiflər heyətinin üzvü olan Cennifer Lopes martın 7-də "The Perfect Match" filminin premyerasına birlikdə yaşadığı sevgilisi, rəqqas Kasper Smartla birlikdə qatılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00