“Bir sıra hökümət üzvləri əhaliyə və deputatlara açıq deyillər”
15 Mart 2016 13:50 SosialOlaylar.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail İbrahimli Milli Məclisin iclasında deyib. F.İbrahimli qeyd edib ki, Milli Məclis təkcə qanunverici orqan deyil, həm də ümid qapısıdır: "Hətta hökümət üzvlərindən üz döndərənlər bizə üz tuturlar. Bunlar bizə yönəlir. Biz qanunların qəbulunda iştirak edə bilirik, bizim əlimizdə mexanizm, qanun, qərar var ki, problemləri həll edək. Bizə gələnlər o xalqın nümayəndələridir ki, siz onun hüzuruna gedirsiniz, rayonlarda görüş keçirirsiniz. El arasında bizə xalq elçiləri deyirlər, bunun üçün sizing telefonlarınız, qapınız, özünüz bizim üzümüzə açıq olmalısınız. Burada təzad var. Var qapıları taybatay açıq olan, var daki, o qapıya quş gəlsə qand çalar. Kim deyə bilər ki, baş nazir Artuir Rasizadə ilə hər hansı bir problem həll etmək çətindir. Heç kim deyə bilməz. Çünki Artur Rasizadə Azərbaycanda məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə hər hansı problem həll etmək zaman aparır. Heç kim deyə bilməz. çünki çüevink iş mexanizmi var. bu üslubda iş rejimi olan insanların çiynində Azərbaycan gedib. Dediyim o quğurları qazanan bu işığa sahib insanlardır". Fəzail İbrahimli bu misalları özünün işinin keçməsi ilə əalqələndirənlərə də mesaj göndərib. "Mənim diplomum və mandatım var. Şərəflə qazanmışam, şərəf və ləyqaətim kimi qoruyuram. Xeyirxahlarıma çox sədaqətliyəm, seçicilərimə də diqqətliyəm". Deputat Hacıbala Abutalıbovdan da şikayətlənib. "Kim BŞİH başçısı hər hansı məsələni həll etmək, görüşmək , söhbət etmək mümkündür. Kim desə Ginnesin rekordlar kitabına adını yazdırsın. Bu iş üslübunda olan bizim digər mərmurlarımız da var. İki yol var erazılşamaq, poetik desək, Əsli Kərəm" dastanında Kərəmin gününə düşmək. Bu özünə hörmət, mandatına hörmət deyil. Bir yol var dövlət başçısının "Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir" çağırışına qoşulmaq, davranışı ilə cəmiyyətə gözdağı çəkən bu uğurları gözdən salan, bu hökümətin yandırdıqlarını piləyib söndürən, ortada yeyib qıraqda gəzənlərdən olmayaq. Bu gün dünyadakı geosiyasi vəziyyət bu niyyətlər qarşında güclü olmağı bizdən tələb edir".