Azərbaycan Beynəlxalq Tərcüməçilər Federasiyasının toplantısında təmsil olunub
15 Mart 2016 13:38 SosialParisdə Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF) Şurasının növbəti illik toplantısı keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılov və Assosiasiyanın üzvü Şəhla Ağalarova tədbirdə iştirak edib. GİN-dən "OLAYLAR"-a daxil olan məlumata görə, şuranın illik toplantısında BTF-nin 2015-ci ildə fəaliyyəti planı müzakirə olunub, işçi qrupların, komitələrin, Şura üzvlərinin hesabatları dinlənilib və fəaliyyətləri qiymətləndirilib. Müzakirələr zamanı BTF-nin 2016-cı il üzrə fəaliyyət planı təsdiq olunub, qarşıda duran vəzifələr, prioritetlə müəyyənləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00