Muğanlı-Yevlax yolunun yenidənqurulması başa çatır

"Bakı-Şamaxı-Yevlax" (M4) avtomobil yolunun Muğanlı-Yevlax ( 0 - 8,4 km və 38 - 145 km ) hissəsinin yenidən qurulması" layihəsində hazırda son tamamlanma işləri həyata keçirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə üzrə yol 2-ci texniki dərəcəyə uyğun yenidənqurulur. Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 km, yol yatağının eni 12,5 m, hərəkət hissəsinin eni isə 7.5 m-dir.Yenidənqurma işləri çərçivəsində Muğanlı-Yevlax avtomobil yolunda 1  843 042 m3  torpaq yatağı inşa edilib, yol geyiminin tikintisi üzrə isə 377 454 m3 əsasın alt layı, 109 481 m3 bitumlu əsas, 1 062 679 m3  bitumlu aralıq və 1 072 163 m3 asfalt-beton aşınma laylarının tikintisi işləri aparılıb. "Bakı-Şamaxı-Yevlax" avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması" layihəsində nəzərdə tutulan 7 dairəvi yol kəsişməsi və 54 yol birləşməsi hazır vəziyyətddir, bundan başqa 263 borunun hamısında, 6 körpüdən isə 5-nin, daha dəqiqi yolun 35-ci km-də yerləşən Ağdarçay, 37,5-ci km-də yerləşən Girdmançay, 81-ci km-də yerləşən Göyçay çayı, 93-cü km-də yerləşən Şirvan kanalı və 120-ci km-də yerləşən Nemətabad kollektorunun üzərindəki körpülərin tikintisi işləri yekunlaşıb. Hazırda yolun 103,5-ci km-də yerləşən Türyançay üzərində yerləşən körpüdəson tamamlanma işləri aparılır, yanaşma yollarında torpaq işləri görülür. Layihənin tam olaraq cari ilin may-iyun aylarında yekunlaşdırılması planlaşdırılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00