“Bakı – Gəncə təyyarə reysini qaydaya salmaq lazımdır”
15 Mart 2016 13:05 SosialOlaylar.az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Milli Məclisin iclasında deyib. M.Quliyev qeyd edib ki, bu reyslər gah həftədə bir dəfə, gah da hər gün həyata keçirilir: "Qiymətlər isə tez-tez dəyişir. Bu reys Qərb rayonlarının sakinlərinə xidmət etdiyini nəzərə alsaq, ciddi qayda-qanuna ehtiyac var. Odur ki, regionun 4 deputatı adından xahiş edirik ki, bu təyyarə reysləri qaydasına salınsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00