Qarabağ müharibəsi zamanı Azərbaycanda baş verən hadisələrdən bəhs edən roman işıq üzü görüb

Türkiyəli yazar Osman Qazi Kandemirin "Qərənfil" romanının təqdimatı və imza günü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Qərənfil" müəllifin ilk romanı olub, Qarabağ müharibəsi illərində Azərbaycanda baş verən hadisələrdən bəhs edir. Türkiyədən Qarabağ savaşlarına qatılmış Seyfi ilə Naxçıvandan olan Reyhan adlı qızın saf məhəbbəti də əsərin süjet xəttini təşkil edir. Əsərin sonunda Seyfi şəhid olur. 2013-cü ildə Ankarada türk dilində nəşr olunmuş "Qərənfil" romanını Azərbaycan dilinə Minaxanım Nuriyeva-Təkləli tərcümə edib. Kitab MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə "Elm və Təhsil" nəşriyyatında çap olunub. Sonda Osman Qazi Kandemir iştirakçılar üçün kitablarını imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31