Tələbələr mədəni irsin konservasiya və bərpası üzrə təlimə cəlb edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə II YOCOCU  Ağsu Məktəbində təlim keçiblər. "OLAYLAR"-ın xəbərinə görə, orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksindəki konfrans zalında baş tutan təlimlər zamanı bərpa və konservasiya prinsipləri, bərpa laboratoriyası, daş materiallar, kimyəvi analizlərin aparılması və arxeometriya, çiy kərpicin konservasiyasında yeni nanotexnoloji metodlar və s. mövzularda fikir və təcrübə mübadiləsi aparılıb. Kursun sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31