Terrorizm və miqrasiya məsələlərinə həsr olunmuş konfrans keçiriləcək
7 Oktyabr 2015 16:51 SosialMakedoniyanın Ohrid şəhərində IV Beynəlxalq "Ohrid-Vodici, 2016" "Terrorizm, Miqrasiyalar, Köçkünlər-Mədəni Varlıqlar, İrs, İqtisadiyyat, Turizm və Media ilə Bağlı Müasir Çağırışlar" adlı konfrans keçiriləcək. "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən "OLAYLAR"-a bildirilib ki, 17-19 yanvar, 2016-cı il tarixində keçiriləcək konfransın təşkilatçıları Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Almaniyanın İnteqrasiya və Mədəniyyətlərarası Kommunikasiya Mərkəzidir. Konfransda müasir cəmiyyətin ən böyük problemi olan terrorizm, ona qarşı mübarizə, miqrasiya və köçkünlərlə bağlı məsələlər müzakirə ediləcək. Həmçinin konfransda terrorizm və işğalçılıq siyasətlərinin mədəni irs abidələrinə mənfi təsirlərindən də danışılacaq.