Ümumdünya Arxeologiya Gününə həsr olunmuş festival keçirilib

Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində Ümumdünya Arxeologiya Gününə həsr olunmuş festival keçirilib. Miras Mədəni İrsin Qorunması və Mühafizəsi İctimai Birliyindən "OLAYLAR"-a bildirilib ki, festivalı giriş sözü ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbəri professor Qafar Cəbiyev Ümumdünya Arxeologiya Gününün əhəmiyyəti, ölkəmizdə mövcud olan tarixi mədəni abidələr, aparılan arxeoloji qazıntılar barədə məlumat verib. MİRAS İB-nin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək bildirib ki, MİRAS İB arxeoloji tədqiqatlara, ümumiyyətlə mədəni irsimizin öyrənilməsinə və təbliğinə yönələn bütün təşəbbüslərdə bundan sonra da iştirak etməyi özünə borc bilir: "Zaman-zaman Azərbaycan tarixini saxtalaşdırmaq, tarixi həqiqətlərimiz ört-basdır etmək məqsədilə yadellilər tərəfindəm keçmiş mədəni irsimizə şox böyük ziyan vurulub. Bir çox qiymətli tarixi yadigarlarımız dağıdılıb, sındırılıb, talan edilərək başqa ölkələrə aparılıb. Zaman yetişib ki, həmin itkiləri imkan daxilində bərpa edək". Tədbirin bədii hissəsində MİRAS folklor ansamblının ifasında muğam dəstgahı bir-birindən maraqlı ifalar səsləndirib və arxeologiya mövzusunda şerlər səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31