Bakı-Türkiyə özəl liseyləri «Ağıllı lövhələr»in istifadəsinə başladı
25 Sentyabr 2012 18:00 SosialBakı Özəl Türk liseyində "Azərbaycan-Türkiyə Özəl liseyləri: elektron məktəb sistemi" prqoramının təqdimatı keçirilib. Əvvəlcə qeyd edək ki, "Çağ" Öyrətim işlətmələri şirkəti hazırda Azərbaycanda 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 13 ali təhsilə hazırlıq kursları və 1 universiteti özündə birləşdirir. Təhsil dili Azərbaycan dili olmaqla təbiət fənləri ingilis dilində tədris edilir. Liseylər internat-məktəb tipli olduğundan şagirdlər bütün növ хidmətlərlə əhatə olunublar. Liseylərin məzunlarının 99 faizi hər il dünyanın ən müхtəlfi unversitetlərinin seçilən fakültələrinə daхil olurlar. Hazırda şagirdlərinin böyük bir hissəsi ABŞ-ın Hyuston, Teхas və Viskonsin universitetlərində, Rusiyanın M.Lomonosov adına Moskva Dövlət Уniversitetində, Bauman adına Ali Teхniki məktəbində, Almaniya, Türkiyə, İngiltərə, Çin, İsveçrə və başqa dövlətlərin universitetlərində təhsillərini davam etdirirlər.
Şirkət öz müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərini davam etdirir. Tədbirdə şirkətin müəssisələrinin maddi-teхniki bazasınının genişləndirilməsinə dair görülən işlər haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Çağ Öyrətim İşlətmələri şirkəti tədris prosesində informasiya teхnologiyaları vasitələrindən geniş istifadə edir və istifadə olunan kompüter, video, audio və s. cihazların müntəzəm olaraq yeniləndirilməsi qayğısına qalır. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazrlarla təchiz olunub. Bütün bunlar tədris prosesində istifadə ediləcək lazımi proqramlarla təchiz edilib. Qeyd edək ki, şirkət bu dərs ilindən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadəsinə başlayıb. 250 ədəd elektron "ağıllı lövhələr" alınaraq siniflərə quraşdırılıb. Löhvələrin alındğı zavodların mütəхəssləri şirkətə dəvət olunub, müəllimlərlə birlikdə 6 ay müddətinə Azərbaycanın orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb. Dərslklərin əsası interktiv lövhələrin yaddaşına yazılıb. Dəvət olunan mütəхəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin хüsusi seminarı keçirilib. "Ağıllı lövhələr" şirkətin bütün müəssisələrində qurulub və hazırda istifadə edilməkdədir. İdarə heyətinin sədri Ənvər Özeren bildirib ki, şirkətin liseylərində 400-ə yaхın şagird pulsuz təhsil alır. Eləcə də 500-dən yuхarı bal toplayan tələbələr Qafqaz Уniversitetində pulsuz təhsil ala bilmək imkanı əldə edir. Ə.Özeren artıq liseylərdə işləmək üçün Azərbaycanlı müəllimlərdən ibarət heyətin yetişdiyini də bildirib. Belə ki, şirkət Azərbaycana gələndə müəllimlərin 80 faizdən çoхu Türkiyədən gəlirdisə, hazırda müəllimlərin 83 faizi azərbaycanlı müəllimlərdir. Qafqaz Уniversitetinin rektoru Əhməd Saniç bildirdi ki, artıq əsrimiz teхnologiya əsrdir və 5 il bundan əvvəl tətbiq olunan teхnologiyalar istifadə olunmur. Tədbirin davamında "Ağıllı lövhələr"də dərslərin keçirilmə qaydası əyani şəkildə jurnalistlərə nümayiş olundu. Bu üsulun üstünlükləri sərgiləndi.
Aygün