İlyas Hüseynova siyasi elmlər üzrə fəlsəfə doktoru diplomu təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası-nın qərarı ilə İlyas Vaqif oğlu Hüseynova Beynəlxalq münasibətlər ixtisası üzrə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
O, bu nailiyyəti uzun illərin zəhmətinin nəticəsi kimi qiymətləndirərək bildirib ki, fəlsəfə doktoru dərəcəsi yeni statusla yanaşı, daha böyük məsuliyyət və yeni mərhələnin başlanğıcıdır.
Olaylar.az xəbər verir ki, İlyas Hüseynov dissertasiya işinin "Müasir dövrdə Azərbaycan-Yunanıstan münasibətləri" mövzusuna həsr olunduğunu qeyd edib və tədqiqatın Azərbaycan siyasətşünaslığına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Yeni elmi dərəcə sahibi çıxışında ailəsinə və müəllimlərinə təşəkkür edib, əldə etdiyi uğuru valideynlərinin xatirəsinə ithaf etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31