Azərbaycan və Böyük Britaniya arasında rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq müzakirə edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Böyük Britaniyanın İxrac maliyyələşdirilməsi üzrə dövlət agentliyinin baş icraçı direktoru Tim Rid ilə görüş keçirdik.
Görüşdə Azərbaycanda nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində aparılan transformasiya barədə məlumat verdik. Bu sahədə Birləşmiş Krallıqla strateji tərəfdaşlıq imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.
