Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçiriləcək

İtaliyanın Verona şəhərində Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçiriləcək. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, sentyabrın 7-11-i tarixlərində baş tutacaq simpozium çərçivəsində Türk İncəsənət Sərgisi də təşkil olunacaq. Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İtaliyanın Verona Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq simpoziumun əsas mövzuları Türk dünyasında mədəni irsin qorunması, araşdırılması, zəngin türk mədəniyyəti, incəsənəti, türk tarix və ədəbiyyatının dəyərləndirilməsi və türkdilli ölkələrdə incəsənət, mədəniyyət və arxeoloji turizmə diqqətin artırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31