Mədəni irs və arxeoloji turizm elmi-praktik konfransı keçirilib

Mədəniyyət və Turizm Nazirliyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Mədəni irs və Arxeoloji turizm elmi-praktik konfransı keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məıumata görə, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Məleykə Hüseynova Azərbaycanda turizmin inkişaf perspektivləri və potensialı haqqında ümumi məlumat verib. Azərbaycanda son illərdə bu sahədə görülən işlərdən və gələcəkdə nəzərdə tutulan layihələrdən danışıb. MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli öz məruzəsində səyahət etməyin və araşdırmaların insan həyatındakı əhəmiyyətindən danışıb. Dünyanın 20-dən çox ölkəsində 100-ə qədər şəhərə səyahət etdiyini bildirən məruzəçi mədəni irsə qayğının bir toplumun həm mədəni, həm də iqtisadi baxımdan inkişafında mühüm rol oynadığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31